ABŞ Demokratlar Partiyası tərəfdarlarının yarıdan çoxu 2024-cü ildə keçiriləcək prezident seçkilərində Co Baydenin namizədliyini dəstəkləməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” və “ABC Nyus” birgə sorğu keçirib.
“Demokratlar və partiyanın müstəqil tərəfdarlarının 56%-i seçki zamanı Baydenin yerinə başqa namizəd irəli sürmək fikrindədir. Bu mövqe gənc demokratlar arasında daha çox yayılıb. Sorğuda iştirak edən demokratların yalnız 35%-i Baydenin namizədliyini dəstəkləyib”, – məlumatda qeyd olunub.