Demokrat Partiyasının nümayəndələrinin hakimiyyətdə qalacağı təqdirdə ABŞ üç ildən sonra məhv olacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 2022-ci ildə keçiriləcək seçkilərdə respublikaçılar ABŞ Konqresində çoxluq qazana, 2024-cü ildə isə rəhbərliyə gələ bilməsə, 3 ildən sonra ölkədən heç nə qalmayacaq.
D.Tramp əlavə edib ki, hazırkı Prezident Cozef Baydenin hakimiyyətinin səkkiz ayı ərzində ABŞ “heç vaxt olmadığı kimi geriləyib”.