İsveç NATO-ya üzv olmamışdan əvvəl üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.
“İkitərəfli görüşlərimiz zamanı biz müttəfiqlərimizə bildirdik ki, İsveç üçtərəfli memorandumda göstərilən öhdəlikləri yerinə yetirərsə, Finlandiya kimi NATO üzvü ola bilər”, – Gülər bildirib.
Onun sözlərinə görə, Türkiyə NATO-nun açıq qapılar siyasətini dəstəkləyir.