Dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlandı

Dəmiryol nəqliyyatı ilə yükdaşımaların həcmi açıqlandı

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımaları 5,9 milyon ton olub.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə,dəmir yolu nəqliyyatı ilə yük daşımaları 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 9,4 faiz, sərnişin daşımaları isə 54,8 faiz artaraq 2,077 milyon nəfərə çatıb.

Qeyd olunan dövrdə dəmiryol nəqliyyatının payına bütün yük daşımalarının 8,3 faizi düşüb.
Orta hesabla sutka ərzində yüklənmiş dəmir yolu vaqonlarının sayı 437, boşaldılmış vaqonların sayı isə 417 olub. Şimal istiqamətində dəmir yolu vaqonlarının orta sutkalıq yüklənməsi 22,2 min ton, qərb istiqamətində üç min ton, cənub istiqamətində isə 0,8 min ton olub.

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda bütün nəqliyyat növləri ilə yük daşımaları 71,2 milyon ton olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 5,9 faiz çoxdur.

Teqlər: