Dəmiryol keçidlərində 12 hadisə baş verib, 3 nəfər ölüb

Dəmiryol keçidlərində 12 hadisə baş verib, 3 nəfər ölüb

Bu ilin əvvəlindən Azərbaycandakı dəmiryol keçidlərində sürücü diqqətsizliyi nəticəsində 12 hadisə baş verib, 3 nəfər həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

“Təhlükəsizlik üçün dəmiryol nəqliyyatında xəbərdarlıq nişanları, qorunan və qorunmayan keçidlər haqda məlumatlı olmaq vacibdir. Qatar avtomobilləri vurmur, avtomobillər qatarın yoluna çıxır”, – ADY-nin məlumatında qeyd olunub.

Teqlər: