Türkiyə millisinin və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun üzvü Merih Dəmiral “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun səsinin yer aldığı video paylaşıb.
AzerTimes xəbər verir ki, futbolçusunun Tiktok hesabında paylaşılan video izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Belə ki, o, “Yuventus”da çıxış etdiyi vaxt komanda yoldaşları ilə birgə çəkilən fotonun üzərinə Qurbanovun səsini montaj edib.
Fotoda əfsanəvi futbolçu Kristiano Ronaldo da yer alıb.
Həmin videonu təqdim edirik: