Trend BİA “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinin növbəti buraxılışını təqdim edir.
AzerTimes-ın suallarını Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Tahir Mirkişili və deputat Ceyhun Məmmədov cavablandırıb.
Müsahibə zamanı Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birgə işğaldan azad edilmiş Zəngilan və Cəbrayıl rayonlarına səfəri müzakirə edilib. Qarabağa böyük qayıdışın təməlinin qoyulması, hazırda inşası davam etdirilən böyük infrastruktur obyektləri, müasir texnologiyalar əsasında salınacaq yeni yaşayış məntəqələri, tarixi, mədəni və dini abidələrin bərpası, Azərbaycan dövlətinin bu istiqamətdəki konkret hədəfləri müzakirə mövzusu olub.
Həmçinin, təkcə bölgənin deyil, bütün dünyanın nəqliyyat-logistika xəritəsini tamamilə dəyişəcək Zəngəzur dəhlizinin açılması, dəhlizin iqtisadi əhəmiyyəti təhlil edilib.
Videolayihəni təqdim edirik: