Dəmir yolunu keçmək istəyən traktoru qatar vurdu

Dəmir yolunu keçmək istəyən traktoru qatar vurdu

Bu gün saat 12:30 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus yük qatarı Osmanlı-Mürsəlli mənzilində hərəkətdə olarkən dəmiryol keçidini keçməyə cəhd edən traktor qatarın qarşısına çıxıb.

Bu barədə AzerTimes-a ADY-dən məlumat verilib.

Toqquşma nəticəsində ağır xəsarət almış traktorun sürücüsü təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya aparılıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.

Teqlər: