Dəmir yolunda sərnişin qatarlarının gecikməsi ilk növbədə Sumqayıt-Pirsağı-Bakı və əks istiqamətdə qeydə alınır.
AzerTimes xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında bildirib.
“Sərnişinlər tərəfindən vaqon qapılarının saxlanılması dəmir yolunda təhlükə yaradır və gecikmələrə səbəb olur”, – A.Fərəcov qeyd edib.