Dəmir yolu ilə regionlara sərnişin daşımaları bəpa edilsin – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda regionlardakı avtovağzallar ilə koordinasiya
yoxdur. Bu məsələdə təkimlləşdirmə işləri həyata
keçirilməlidir.

AzerTimes-ın məlumatına görə, bunu deputat Naqif Həmzəyev
parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, Bakıdan regionlara onlayn bilet almaq mümkün
olsa da geriyə onlayn bilet almaq çox çətin olur və ya mümkün
olmur.


N.Həmzəyev həmçinin regionlarda sürücülərin tibbi müayinədən
keçməsi məsələsində çətinlik olduğunu diqqətə çatdırıb. O qeyd edib
ki, sürücülərə tibbi xidmət göstərilməsi vacib əhəmiyyət kəsb edir,
çünki onlar xeyli sayda vətəndaşın təhlükəsiz daşınmasına
cavabdehdirlər.

Bu baxımdan regionlarda bütün avtovağzallarda tibbi müayinələr
keçirilməsi təmin edilməlidir. N.Həmzəyev həmçinin dəmir yolu ilə
regionlara sərnişin daşımalarının bəpa edilməsinin vacibiyini qeyd
edib.

Teqlər: