İsrailin Dəmir Qübbə zenit-raket kompleksi öz effektivliyini nümayiş etdirdi, lakin o, yalnız zəif raketlərdə yaxşı nəticə göstərə bildi.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, ordu generalı Yuri Baluyevski deyib.
“Dəmir Qübbə kompleksinin yaradılması, yerləşdirilməsi və istifadəsi, şübhəsiz ki, İsrail müdafiə sənayesi və silahlı qüvvələrinin böyük texniki nailiyyətinə çevrildi”, – Baluyevski bildirib.
Bundan əlavə, o qeyd edib ki, İsrailin hava hücumundan müdafiə sistemlərinin güclü olmasının səbəbi rəqiblərinin idarə olunmayan raketlərinin ümumi texniki səviyyəsinin aşağı olmasıdır.