İsrailin Dəmir Qübbə sistemi MLRS raketlərini və ya idarə olunmayan taktiki raketləri vurmaq üçün əlverişlidir.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Zbanatski bildirib.
Ekspert qeyd edib ki, sözügedən sistem böyük ərazilərə nəzarət edə bilməyəcək:
“Onlar bəzi kiçik əraziləri qanadlı raketlərdən müdafiə edə bilərlər. Dəmir Qübbə bizə az sayda olsa da, lazımdır. Paytaxtın mərkəzi rayonlarını əhatə edə bilər”.
O hesab edir ki, Dəmir Qübbə cəbhəyanı şəhərlər üçün uyğun deyil:
“Çünki bu müdafiə sistemi o qədər çox mərmi və raketin öhdəsindən gələ bilməyəcək”.