Dəməşqin vurulmasına İran səfirliyindən reaksiya

Dəməşqin vurulmasına İran səfirliyindən reaksiya

İsrailin Dəməşqdə yaşayış binasını vurması nəticəsində ölən və yaralananlar arasında İran vətəndaşları olmayıb.

AzerTimes xəbər verir ki, bu barədə İranın Suriyadakı səfirliyindən verilən məlumatda bildirilib.

“Düşmən İsrail qorxaqcasına Dəməşqin mərkəzində mülki binaya raket atıb günahsız qadın və uşaqları öldürərək növbəti cinayəti törədib. Səfirlik bu terror aktını pisləyir və bildirir ki, ölən və yaralananlar arasında İran vətəndaşı yoxdur”, – səfirlik məlumatında vurğulayıb.

Qeyd edək ki, ötən gün İsrailin Suriya paytaxtının Mazze məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Teqlər: