Suriyanın paytaxtı Dəməşqdə minalanmış avtomobil partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə paytaxt polisi məlumat yayıb.
Hadisə şəhərin Mezzeh rayonunda baş verib.
“Mezze rayonunda park edilmiş avtomobildə olan partlayıcı qurğu işə düşüb. Xəsarət alanlarla bağlı məlumat yoxdur”, – deyə bildirilib.
Hadisə yerinə yanğınsöndürənlər gəlib.