Demensiya və xərçəngə qarşı dietik ərzaq

Demensiya və xərçəngə qarşı dietik ərzaq

Bu qida həm ucuzdur, həm də sıfır kalorilidir, hər gün rasiona daxil edilməlidir.

AzerTimes Medicina.az-a istinadən xəbər verir ki, kahı yarpaqları, salat yarpaqları kimi tanınan yarpaqlı tərəvəz müxtəlif rəngdə, formada ola bilər.

Bu yarpaqlara çoxlu vitamin və faydalı maddələr var:

A vitamini – immunitetin funksiya göstərməsində rol oynayır.

K vitamini – sümüklər və qan laxtalanması üçün;

B9 – fol turşusu qanazlığına qarşı, onurğa iliyi və sinir sistemi üçün vacibdir.

C vitamini və kaliy, fenol turşusu və flavonoidlər hüceyrələri zədələnmədən qoruyur.

Hər gün rasiona salat yarpaqları əlavə etmək bir çox xərçəng və ürək xəstəliklərindən sizi qoruya bilər.

2019-cu ildə alimlərin apardığı araşdırmalara görə, çox miqdarda çiy tərəvəz və yaşıl yarpaqlılar psixi sağlamlığı qoruyur və depressiya simptomlarını azaldır.

Alimlər yaşıl yarpaqları psixi sağlamlığa faydalı 10 ərzağın siyahısına daxil ediblər.

Teqlər: