Xəbər - Elçin Mehdiyev – Trend:
Qaz qurğuları və qaz xəttlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xəttlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr müəyyən edilir.
AzerTimes-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.