Dəm qazından zəhərlənən şəxs öldü

Dəm qazından zəhərlənən şəxs öldü

Göygöl rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Mollacəlilli kəndində qeydə alınıb.

Kənd sakini, 1994-cü il təvəllüdlü Mikayıl Alpaşayev Əşrəf oğlu yaşadığı evdə dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: