Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaginin Azərbaycanla
bağlı açıqlamaları qətiyyən qəbulolunmaz və məsuliyyətsizdir.
Trend-in
məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.
“İstənilən bu cür açıqlamanı qəbuledilməz və məsuliyyətsiz hesab
edirik. Bu, heç bir halda ölkəmizin, Rusiya rəhbərliyinin rəsmi
mövqeyini əks etdirmir. Rusiyanın mövqeyi Bakı ilə müttəfiqlik
qarşlıqlı fəaliyyəti və strateji tərəfdaşlığın qurulmasına yönəlib.
Əminik ki, təxribat xarakteri daşıyan bu cür bəyanatlara Dövlət
Dumasının rəhbərliyi tərəfindən müvafiq qiymət veriləcək”, –
M.Zaxarova deyib.
Qeyd edək ki, M.Delyagin Qarabağda vəziyyətin kəskinləşməsi
fonunda Azərbaycanın neft infrastukturuna zərbə endirmək imkanı
barədə fikirlər səsləndirmişdi.
(Tərcümə: Orxan Nəbiyev)