Xəbər - Çingiz Səfərli – Trend:
“Delta” ştammına qarşı yeni mübarizə üsulu yoxdur.
AzerTimes xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, ilk növbədə Azərbaycan hökumətinin tövsiyə etdiyi peyvəndlərdən birini qəbul etmək mütləqdir:
“İkincisi isə gigiyenik qaydalara mütləq əməl edilməlidir. İndi açıq havadayıq, İnsanlar çoxda yaxın durmurlar. Amma, qış gələndə qapalı məkanlarda daha çox insan olacaq. Kiçik məkanlarda mütləq qoruyucu maskalardan istifadə edilməlidir. Əgər bu şərtlərə əməl edə bilsək, həm özümüzü, həm də yaxınlarımızı qorumuş olarıq. Onu deyə bilərəm ki, virusla mübarizə artıq bir ildən çoxdur aparılır. Yoluxmalar artanda insanlar nə etməli olduqlarını yaxşı bilirlər. Buna görə də hər kəs özünü qorumağa davam etməlidir”.