Xəbər - Orxan Nəbiyev – Trend:
Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkətləri koronavirusun “delta” ştammına qarşı vaksin hazırlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Almaniya mətbuatı yazır.
Qeyd olunur ki, “Comirnaty” adlı vaksininin sınaqlar üçün ilk partiyası Maynts şəhərindəki “BioNTech” zavodunda istehsal olunub.
“BioNTech-Pfizer” vaksininin yenilənmiş versiyasının sınaqları yaxın zamanlarda başlayacaq.