Delimxanovdan Priqojinə: Bəsdir anqırdın!

Delimxanovdan Priqojinə: Bəsdir anqırdın!

“Əhməd” bölüyü Ali Baş Komandanlığın tapşırıqlarını yerinə yetirir. Əgər bunu başa düşmürsənsə, vaxt və yer təyin elə, görüşüb, səni başa salarıq. Sən artıq bloger olmusan və dünyaya səs salırsan ki, bizim ancaq problemlərimiz var.

AzerTimes xəbər verir ki, bunu Çeçenistan rəhbərinin müavini Adam Delimxanov “Vaqner”in rəhbəri Yevgeni Priqojinin “Əhməd” bölüyünü tənqid etməsinə cavab olaraq deyib.

“Hamımız bilirik ki, sən Baxmutda nə qədər adam itirmisən. Bəsdir boşboğazlıq elədin, qışqırdın, anqırdın”, – Delimxanov bildirib.

Qeyd edək ki, bir müddət öncə “Vaqner” rəhbəri Yevgeni Priqojin “Əhməd” silahlı birləşməsini tənqid edərək, onların nə işlə məşğul olduqlarını bilmədiyini demişdi.

Teqlər: