Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası həm iki ölkə arasında münasibətlərə, həm də regional təhlükəsizlik və sabitliyə töhfə verəcək.
AzerTimes Report-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Müstəqillik Günü münasibətilə Moskvada keçirilən təntənəli qəbulda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiya, Azərbaycan və Ermənistan liderlərinin əldə etdiyi üçtərəfli razılaşmaların əsas istiqamətlərindən biridir.