Delimitasiya ilə bağlı Bakıdan cavab almışıq – İrəvan

Delimitasiya ilə bağlı Bakıdan cavab almışıq – İrəvan

Ermənistan tərəfi sərhədlərin delimitasiyası məsələsinin müzakirəsi ilə bağlı görüş keçirmək üçün Azərbaycandan müsbət cavab alıb.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan deyib.

“Bəli, müsbət cavab almışıq, lakin görüşün yeri və tarixi ilə bağlı hələ razılığa gəlməmişik. Düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Söhbət delimitasiya üzrə komissiyaların iclasından gedir”, – Qriqoryan bildirib.

Teqlər: