Delimitasiya bu sənəd əsasında aparılacaq – Paşinyan

Delimitasiya bu sənəd əsasında aparılacaq – Paşinyan

Azərbaycanla sərhədlərin delimitasiyası MDB-nin fundamental sənədlərinə əsaslanacaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Astanada keçirilən sammitində deyib.

“Bildiyiniz kimi, biz Azərbaycanla münasibətlərimizin normallaşdırılması üzərində işləyirik. Bu kontekstdə MDB-nin rolunun vacibliyini qeyd etməyi zəruri hesab edirik. Normallaşma prosesində delimitasiya və sərhəd komissiyalarının işi də davam edir. Təhlükəsizlik vacibdir, onun yaradılması barədə razılıq 2021-ci il noyabrın 26-da Soçidə Rusiya Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın Baş nazirinin üçtərəfli görüşü zamanı əldə olunub”, – Paşinyan bildirib.

Teqlər: