Delfi İqtisadi Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında memorandum imzalanıb

Azərbaycan və Yunanıstanın tanınmış təşkilatları olan Delfi İqtisadi Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında ortaq tədbirlərin təşkili, məruzəçi mübadiləsi, Avropa və Cənubi Qafqazda müxtəlif layihələr və mövzular üzrə birgə tədqiqat işlərinin aparılmasına dair Memorandum imzalanıb. Hər iki təşkilat flaqman konfransların, yəni Delfi İqtisadi Forum və Global Bakı Forumunun birgə təşkilində əməkdaşlıq edəcəklər.

Delfi iqtisadi Forumu Avropada baş tutan ən büyük iqtisadi forumlardan biri olub hər il Qədim Delfi şəhərində görkəmli şəxsiyyətləri bir araya gətirərək iqtisadi məsələlərin müzakirəsinə və danışılanların reallaşdırılmasına təkan verir.

Qlobal Bakı Forumu qlobal siyasi məsələləri həll etmək baxımından aparıcı platformalardan biridir. Hər il Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumu bir çox liderlər qrupunu, aparıcı siyasi və elm xadimlərini bir araya gətərərək siyasi zəmində baş verən münaqişələrin və dünyəvi məsələlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparmasına ev sahibliyi etmişdir.

NGBM-nin Baş Katibi Rövşən Muradov bildirir: “Delphi İqtisadi Forumu kimi beyin mərkəzi ilə Memorandum imzalamaqdan çox məmnunuq. İnanırıq ki, bu addım yaşadığımız dəyişkən mühitdə gələcəyə doğru yeni ümidlər yaradacaq. Cəmiyyətdə tərəqqi və sabitlik baxımından daha parlaq nəticələrə birlikdə nail olacağıq”.

Teqlər: