Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 74 yaşlı Əliyev Elbrus Şahmar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Əliyev Cinayət Məcəlləsinin dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə təqsirli bilinib və 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Məhkəmə onun cəzasını şərti hesab edib.

İttihama görə, E.Əliyev vətəndaşları işə düzəltmək adı ilə 3 nəfərdən pul almaqda təqsirləndirilir.

Teqlər: