Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ.Məmmədova külli miqdarda dələduzluqda ittiham edilir. Belə ki, o, zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.
İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib.