Avropa Birliyi İrana qarşı sanksiyalar hazırlayır.
AzerTimes xəbər verir ki, sanksiyalar müəyyən fiziki və hüquqi şəxslər üçün səyahət qadağaları və xarici aktivlərin dondurulmasını özündə ehtiva edir.
Dekabrın 12-də Avropa Birliyi xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək iclasında yeni sanksiyalar paketinin təsdiqlənəcəyi gözlənilir.