Xəbər - İlhamə İsabalayeva -Trend:
Ötən ilin dekabr ayından Vətən Müharibəsi qazilərinin müasir protezlərlə təminatı həyata keçirilir və artıq 10 qazimiz 11 müasir protezlə təmin olunub.
AzerTimes-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov bugün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dünyanın məhşur protez istehsalçılarından olan “OTTO BOKK” şirkəti (Almaniya) ilə əməkdaşlıq şəraitində yaradılan sexdə “Genium” sistemi üzrə protezlər hazırlanır. Bu protezlər yüksək aktivlik və funksionallıq dərəcəsi olmaqla, elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı, rahat hərəkətə imkan verir.
Agentlik sədri reabilitasiya sisteminin müasirləşdirilməsi işlərinin davam etdirildiyini bildirib.