2021-ci ilin dekabr ayında Rusiyada koronavirus diaqnozu qoyulan 54 630 nəfər ölüb, onlardan 44 390 nəfərinin ölümünün əsas səbəbi COVID-19 olub.
AzerTimes-ın məlumatına görə, bu barədə Dövlət Statistika Federal Xidmətindən bildiriblər.
Məlumata əsasən, daha 4 732 ölüm halında koronavirus əsas səbəb kimi təyin edilib, lakin daha dəqiq məlumat üçün əlavə tədqiqatlar aparılmalıdır.
Qeyd edilir ki, noyabarda bu göstəricilər müvafiq olaraq 87 527, 72 425 və 8 463-ə bərabər olub. Noyabr ayı ilə müqayisədə dekabrda koronavirus diaqnozu ilə ölüm hallarının sayı 38 faiz azalıb.
Ümumilikdə dekabr ayında Rusiyada 215 529 nəfər ölüb.