İsrail bir girovu üç fələstinli məhbusla dəyişmək məcburiyyətindədir, mübadilə şəraiti dəhşətlidir.
AzerTimes xəbər verir ki, bunu İsrail hökumətinin sözçüsü Eylon Levi “Skay Nyus”a müsahibəsində deyib.
“Bir məhbusu bir girovun müqabilində azad edə bilsəydik, təbii ki, bunu edərdik. Biz dəhşətli şəraitdə fəaliyyət göstəririk. Əlləri qana bulaşmış bu məhbusları buraxmağı seçməmişik”, – o jurnalistin sualına cavab olaraq bildirib.
Qeyd edək ki, HƏMAS hərəkatı və İsrail arasında Qəzza zolağında əldə edilən atəşkəs çərçivəsində 3 fələstinli qarşılığında 1 israilli azad ediləcək. Atəşkəsi sabah yerli vaxtla saat 7-dən qüvvəyə minəcək.