Dəhşətli qəza: iki nəfər öldü, 40 min oğurlandı – Video

Dəhşətli qəza: iki nəfər öldü, 40 min oğurlandı – Video

10:48

Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə Kürdəxanı qəsəbəsi ərazisindəki dayanacaqların birində KİA markalı avtomobildən 40.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

DİN-dən AzerTimes-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

***

Bakıda qəzaya düşən maşından 40 min dollar pul oğurlanıb.

Trend-in məlumatına görə, oktyabrın 8-də Sabunçu rayonu, Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Rənc Rover” və KİA markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində KİA-da olan iki nəfər ölüb, bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qəza zamanı KİA-da 40 min dollar pul da olub. Hadisə baş verən vaxt kömək məqsədilə yaralılara yaxınlaşan Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov KİA-da olan pulu görüblər. Əvvəlcə bu şəxslər hadisə yerindəcə maşından pulu götürmək istəsələr də, bu alınmayıb. Şübhəli şəxslər bu zaman KİA-nı aparan evakuatoru təqib ediblər, daha sonra isə dayanacağa yaxınlaşaraq özlərini qəza edən şəxslərin yaxın qohumu kimi təqdim ediblər.

Bundan sonra avtomobildə olan 40 min dolları götürərək ərazidən uzaqlaşıblar.

Teqlər: