Dəhşətli görüntü: Böyük ərazi iki yerə bölündü – Video

Dəhşətli görüntü: Böyük ərazi iki yerə bölündü – Video

Türkiyədə zəlzələdən böyük zərər çəkən Hatay vilayətinin Altınözü rayonunda böyük çökmələr baş verib.

AzerTimes xəbər verir ki, dərin çatların yarandığı Tepehan kəndinin torpaq quruluşu dəyişib. Zəlzələdən əvvəl zeytunluq olan torpaq indi kanyon kimi görünür.

“TRT Haber”in yaydığı videoda ərazidəki yüksəklik fərqi zəlzələnin şiddətini ortaya qoyur.

Qeyd edək ki, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

Teqlər: