Dəhlizin ermənilər üçün də faydası olacaq – Kurtulmuş

Dəhlizin ermənilər üçün də faydası olacaq – Kurtulmuş

Zəngəzur layihəsi uğurla həyata keçsə, bu, region ölkələrini Mərkəzi Asiyaya birləşdirəcək həyati bir dəhliz olacaq.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Zəngəzur layihəsi uğurla başa çata bilsə, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq. Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik”, – Kurtulmuş deyib.

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

Teqlər: