Dehlinin “təcavüzkar” sözünü Bakıdakı səfirliyi şərh etdi

Dehlinin “təcavüzkar” sözünü Bakıdakı səfirliyi şərh etdi

Yeni Dehlini təmsil edən nümayəndə BMT Təhlükəsizlik Şurasının toplantısında “təcavüzkar” sözü işlədərkən, ölkə adı çəkməyib.

Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Hindistanın Bakıdakı səfirliyindən bildirilib.

Hindistan səfirliyindən qeyd edilib ki, Yeni Dehlini təmsil edən nümayəndə konkret ölkə adı çəkməyib:

“Ümumiyyətlə, bu məsələ səfirlik tərəfindən şərh edilmir”.

Qeyd edək ki, sentyabrın 15-də BMT-nin iclası zamanı Hindistanı təmsil edən nümayəndə “Təcavüzkar tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq” deyib. Onun “təcavüzkar tərəf” deyərkən, Azərbaycanı nəzərdə tutduğu iddia edilir.

Teqlər: