Dehlidən şok: İrəvana qanadlı və hipersəs raketlər verir

Dehlidən şok: İrəvana qanadlı və hipersəs raketlər verir

Hindistan Ermənistanla raket sistemlərinin mümkün satışı ilə bağlı danışıqlar aparır.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyinin tabeliyində olan Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatına istinadən “Indian Defence Research Wing” portalı məlumat yayıb.

Xüsusilə Hindistan səsdən sürətli “BrahMos” qanadlı raketi və “Pralay” yaxınmənzilli ballistik raketi tədarük etməkdə maraqlıdır.

“Pralay” raketinin uçuş məsafəsi 150-500 km, BrahMos raketi isə 290 km-ə qədərdir.

Qeyd edək ki, Hindistan Ermənistana dörd mobil “Svati” radar sistemi verib, 2022-ci ildə “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif növ sursatların alınması üçün 245 milyon dollarlıq müqavilə imzalanıb.

Həmçinin Hindistan MArG 155 özüyeriyən haubitsa və “Zen Anti-Drone System” (Zen antidron sistemi – ZADS) ilə yanaşı, 30 mm və 40 mm çaplı qumbaralar da tədarük edəcək.

Bundan başqa, Hindistanın pilotsuz təyyarələri vurmaq üçün hava hücumundan müdafiə sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmaq niyyətindədir.

Ən sonuncu məlumata görə isə, Hindistan Ermənistana “Akaş” kompleksi də (600 milyon dollar dəyərində saziş çərçivəsində) tədarük etmək niyyətindədir.

Teqlər: