Hindistanın paytaxtı Dehli şəhərində havanın çirklənməsinin artması fonunda bir həftəlik məktəblər bağlanır.
AzerTimes-ın “Times of India”ya istinadən verdiyi məlumata görə, bu barədə Dehli şəhərinin birinci naziri Arvind Kecrival deyib.
A.Kecrival bildirib: “Uşaqların çirkli hava ilə nəfəs almasının qarşısını almaq üçün bazar ertəsindən etibarən məktəblər bağlanacaq”.
Bundan əlavə, bildirilir ki, şəhər hakimiyyətinin əmri ilə bütün tikinti işləri 4 gün müddətinə dayandırılır və bütün dövlət qulluqçuları məsafədən işə keçir. Şəxsi biznes isə “mümkün olduğu qədər” bu qaydaya əməl etməlidir.