Hindistan XİN Vladimir Zelenskinin Narendra Modinin Rusiya səfəri ilə bağlı söylədiyi fikirlərə görə Ukrayna səfirini çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Ekonomik Tayms” qəzeti məlumat yayıb.
Səfirə məsələ ilə əlaqədar etiraz bildirilib, iki ölkə arasında mədəni əlaqələrin inkişafı üzrə birgə işçi qrupun iclası təxirə salınıb.
Qeyd edək ki, Zelenski Modinin Putinlə görüşünü Ukraynada sülh səylərinə sarsıdıcı zərbə kimi dəyərləndirib.