DEFSCOPE və FORTİNET əməkdaşlığı daha da güclənir (FOTO)

Bu günlərdə kiber təhlükəsizlik üzrə ixtisaslaşmış qlobal şirkətlərdən biri olan Fortinet lokal və qlobal bazarda ölkəmizi təmsil edən “Defscope” MMC ilə əməkdaşlıq çərçivəsində növbəti görüş baş tutmuşdur.

DEFSCOPE-un dəvəti ilə reallaşan görüşdə Fortinet şirkətinin sistem mühəndisi Yaşar Məmmədov və regional meneceri Şaiq Səmədov “Fortinet fabric” məhsullarının təqdimatı ilə çıxış etmiş, DEFSCOPE komandasına bu məhsulların köməyilə biznes subyektlərində İT infrastrukturların necə dizayn edilməsi istiqamətində mini təlim keçmişdirlər.

“DEFSCOPE ilə böyü” proqramı çərçivəsində şirkət mütəxəssisləri və təcrübəçiləri üçün Fortinet məhsullarının xüsusiyyətlərindən, ən yaxşı praktikalardan, digər vendorlardan fərqli üstünlüklər və s. haqqında məlumat verilmişdir.

DEFSCOPE şirkətinin təsisçisi Vüsal Salmanlı qeyd etmışdir ki, şirkət bundan sonra da Fortinet məhsulları üzrə öz bilik və təcrübəsini artıraraq peşəkar kadrların hazırlanması istiqamətində işlərini davam etdirəcəkdir.

Şirkətin öz xidmət və məhsulları haqqında isə aşağıdakı linkdən ətraflı tanış ola bilərsiniz. Xatırladaq ki, oktyabr ayı ərzində, yəni “Kiber təhlükəsizlik maarifləndirmə ayı”nda müştərilərə ilkin konsultasiya xidmətləri ödənişsizdir:


https://az.defscope.com/services

Əlaqə üçün:

(012) 409 25 65

[email protected]

Teqlər: