“DEFSCOPE” MMC Fortinet-in “Engage Partner” Proqramına qoşulub

Azərbaycanda İT / Kiber təhlükəsizlik şirkəti olan “DEFSCOPE” MMC bu gün Fortinet’in “Engage Partner” Proqramına qoşulduğunu elan etdi. Geniş, inteqrasiya olunmuş və avtomatlaşdırılmış kibertəhlükəsizlik həllərində dünya lideri olan Fortinet’in “Engage Partner” Proqramı tərəfdaşlarına müştəri bazarının böyüməsi ilə uyğunlaşdırılan həll yolları yaratmaq, sənayenin qabaqcıl təhlükəsizlik platforması və təlim proqramı ilə fərqlənmək və uğurlu iş nəticələri əldə etmək üçün rahatlıq təklif edir.

“DEFSCOPE” MMC-nin təsisçisi və direktoru Vüsal Salmanlı qeyd edib: “Bizə yüksək şəkildə fərqlənən təhlükəsizlik təcrübəsini təmin etməyə və müştərilərimizin ehtiyaclarını daha yaxşı qarşılamağa kömək edəcək bu proqrama qoşulmaqdan çox məmnunuq”.

Qeyd edək ki, Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Şirkət hal-hazırda başda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə vasitələri:

[email protected]

+994 12 409 2565

Teqlər: