DEFSCOPE Azərbaycanda innovativ kibetəhlükəsizlik layihəsi elan edir

Müasir dünyada kiber təhlükəsizlik önəmli sahələrdən biridir və ölkəmizdə də kibertəhlükəsizliklə bağlı bir çox işlər görülməkdə, sahənin inkişafına dövlət səviyyəsində dəstək göstərilməkdədir. Hal-hazırda sahə üzrə maarifləndirici tədbirlər keçirilir, kibertəhlükəsizliyin qorunması üçün xeyli sayda mütəxəssis yetişdirilir.

Azərbaycanda Kibertəhlükəsizlik sahəsində “DEFSCOPE ilə Böyü” proqramının tərkib hissəsi kimi elan olunan “CyberSecurity Bootcamp”ı nadir innovativ layihələrdən biridir. Kibertəhlükəsizlik sahəsində karyera imkanları qazandıran Bootcamp-da, iştirakçılara peşəkarlar tərəfindən yüksək səviyyədə nəzəri, praktiki biliklər öyrədiləcək.

Artıq “CyberSecurity Bootcamp”ına qəbul elan olunub. Bootcamp-da müxtəlif yaş qruplarında olan şəxslərə, işçilərinin maarifləndirilməsində maraqlı olan şirkət kibertəhlükəsizlik sahəsində təlimlər keçiriləcək. Proqram 5 həftə davam edəcək. İştirakçılar mentorlara öz şəxsi suallarını verə, sahə üzrə karyera məsləhətləri ala, tövsiyələr əldə edə biləcəklər. Bootcamp-da fərqlənən iştirakçılar DEFSCOPE-da iş və ya təcrübə imkanı qazanacaqlar. Eyni zamanda, kibertəhlükəsizlik üzrə beynəlxalq sertifikatların əldə edilməsi üçün lazımi bilik və təcrübəyə sahib olacaqlar.

“CyberSecurity Bootcamp ölkədə kadr ehtiyatının inkişafına, artırılmasına dəstək göstərməyə və beynəlxalq təcrübənin yerli kadrlara ötürülməsinə yönəlib. Layihənin faydalı olacağına inanırıq!”, – deyə “DEFSCOPE” MMC-nin təsisçisi və direktoru, həmçinin bir sıra özəl və dövlət müəssisələrində sahə üzrə konsultant, təlimçi və mentor kimi də fəaliyyət göstərən Vüsal Salmanlı qeyd edib.

Bootcamp-a son qeydiyyat tarixi 22 iyuldur və 10 iyul saat 19:00-a qədər müraciət edildikdə, iştirak haqqına 10% endirim tətbiq ediləcək. Bootcamp-ın planlaşdırılan başlanma tarixi isə avqustun 2-nə nəzərdə tutulub.

DEFSCOPE-un korporativ sosial fəaliyyətinin tərkib hissəsi olaraq, Bootcamp-dan gələn gəlirlərin bir hissəsi “YAŞAT” Fonduna köçürüləcək. Əlavə olaraq, şəhid və qazi ailələrinin üzvlərinə güzəştli iştirak imkanı yaradılması nəzərdə tutulub.

Bootcamp haqqında ətraflı məlumat üçün +994 12 409 2565 nömrəsi və ya [email protected] email ünvanı ilə əlaqə saxlaya bilərsiniz. əlavə məlumat üçün bu linkdən qeydiyyatdan keçə bilərsiniz

Əlavə məlumat üçün müraciət forması: https://forms.gle/dg6HzZCc9rBR5Lmp6

Qeyd edək ki, Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən qlobal arenada kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərməyə başlayıb. Şirkət qısa müddətdə dünyanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Şirkət hal-hazırda başda Kanada, Amerika, Avropa və Azərbaycan olmaqla yerli və beynəlxalq sferada peşəkar kibertəhlükəsizlik xidmətləri göstərməyə davam edir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.

Əlaqə vasitələri:

[email protected]

+994 12 409 2565