DEFSCOPE artıq PECB tərəfdaşıdır!

“DEFSCOPE” MMC PECB Tərəfdaşlıq Proqramına qoşulduğunu elan edib. PECB mütəxəssis və təşkilatları beynəlxalq səviyyədə tanınmış standartlara uyğun şəkildə faydalı təhsil, qiymətləndirmə, sertifikatla təmin edir, onlara etibar və bacarıqlarını göstərməkdə köməklik göstərir.

PECB təhsil və sertifikatlaşdırma xidmətlərinin göstərilməsi üçün bu sahədəki ən yaxşı mütəxəssisləri vasitəsilə davamlı olaraq ən yeni təlim kurslarını dərc edir. Artıq DEFSCOPE-da PECB ortağı kimi bu xidmətlərə daxil olan 27001, 27005 kurslarının təklif və təşkil edilməsində təcrübəyə əsaslanan töhfələrini verəcəkdir.

“PECB ilə bu yaxınlarda qurduğumuz tərəfdaşlığı elan etməkdən məmnunuq. Bu tərəfdaşlığın nəticəsi olaraq siz 55-dən çox ölkədə sözügedən fövqəladə iş birliyinin təmin etdiyi yüksək səviyyədə təşkil olunmuş təlimlərdən faydalana bilərsiniz. Yerli və beynəlxalq tərəfdaşlarımızla birgə sizin təhlükəsizliyinizi daha yaxşı müdafiə edəcəyik! Heç bir problem yoxdur, sadəcə bizə inanın! ”- deyə “DEFSCOPE” MMC-nin təsisçisi və Baş İcraçı direktoru Vüsal Salmanlı bildirib.

Azərbaycan şirkəti olan “DEFSCOPE” MMC 2018-ci ildən bəri qlobal arenada kiber təhlükəsizlik fəaliyyətləri həyata keçirir. Şirkət son vaxtlar başda Kanada, ABŞ, Avropa və Azərbaycan olmaqla bir sıra aparıcı şirkətlərə peşəkar kibertəhlükəsizlik xidmətləri göstərir.

Şirkətin fəaliyyətləri ilə daha ətraflı tanış olmaq və xidmətlərdən yararlanmaq üçün rəsmi internet səhifəsi: https://www.defscope.com/.


Əlaqə:

[email protected]

+994 12409 2565