Dəfn mərasiminə gələn jurnalistlərin sayı açıqlandı

Dəfn mərasiminə gələn jurnalistlərin sayı açıqlandı

Prezident İbrahim Rəisi və digər helikopter qurbanlarının vida və dəfn mərasimlərini işıqlandırmaq üçün İrana 230 jurnalist gəlib.

AzerTimes xəbər verir ki, bunu İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin nümayəndəsi Əlirza Şirəvi deyib.

Onun sözlərinə görə, həmin jurnalistlər 160 media qurumunun nümayəndələridir.

“Onların arasında ABŞ, Fransa, İspaniya, Əfqanıstan, Türkiyə, Çin, Danimarka və başqa bir neçə ölkənin jurnalistləri var”, – o qeyd edib.

Teqlər: