Dedilər ki, Vilyam Hacıyev göstəriş verib ki, 1000 manat verməlisən – Sahibkar

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Arif Ələkbərov bildirib ki, birinci
Qarabağ müharibəsi veteranıdır.

“Sahibkarlıqla məşğul olmaq üçün icra hakimiyyətinə müraciət
etdim. 2001-ci ildə torpaq ayırdılar. 2017-ci ildə torpağın
müqaviləsi bitdi. Müqavilənin müddətini artırmaq üçün 1000 manat
istədilər. İcra hakimiyyətində Hüseyn adlı şəxsə pulu verdim. Pulu
verəndən sonra müqavilənin müddətini artırdılar və torpaq yenidən
istifadəmə verildi. Hüseyn dedi ki, Vilyam Hacıyevin göstərişdir
ki, 1000 manat verməlisən” – deyə şahid bildirib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: