Dədə Süleyman evini bu məşhur aparıcıya vəsiyyət edib

Dədə Süleyman evini bu məşhur aparıcıya vəsiyyət edib

Ötən gün 83 yaşında vəfat edən əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) qızı Aygün Abdullayeva atasının vəsiyyətini açıqlayıb.

AzerTimes xəbər verir ki, sənətkarın qızı bu barədə Yenicag.az-a danışıb.

“Atam vəfat etməzdən öncə mənə dedi ki, üç vəsiyyətim var, bunları mütləq şəkildə yerinə yetirərsiniz. Vəsiyyət elədir ki, onu mütləq yerinə yetirməliyik.

Birinci vəsiyyəti bu idi ki, Füzuli rayonunun Qoçəhmədli kəndindəki ata-baba evini tanınmış aparıcı Nanə Ağamalıyevaya verək. Çünki atam ona hər zaman diqqət, qayğı göstərən Nanəni çox istəyirdi. Halal xoşu olsun, övlad olaraq halallığını verirəm.

İkinci vəsiyyəti bu idi ki, onu anamın yanında dəfn edək. Demişdi, birdən məni Fəxri xiyabanda dəfn etməyi məsləhət görərlər, buna görə dövlətimizə təşəkkür edərsiniz, amma məni ananızın yanında dəfn edərsiniz.

Üçüncü vəsiyyəti də mənimlə bağlıdır. Yaşadığı evi mənə bağışladı”, – deyə o bildirib.

Teqlər: