De Vaal: Ruslar Qarabağda bunu edə bilərdilər, əvəzində…

De Vaal: Ruslar Qarabağda bunu edə bilərdilər, əvəzində…

Rusiyanın bu ilin yazında Qarabağdan birtərəfli qaydada çıxması çaşqınlıq yaratdı. Son üç onilliyin çox hissəsində azərbaycanlılar və ermənilər bu ərazi uğrunda vuruşublar. 2020-ci ildə Rusiya tərəfindən erməni əhalisini qorumaq səlahiyyətinə malik sülhməramlı qüvvələr daxil olmasaydı, Azərbaycan Dağlıq Qarabağı (keçmiş – red.) tam ələ keçirəcəkdi. Lakin ötən ilin sentyabrında Azərbaycan Qarabağa daxil olanda həmin sülhməramlılar fəaliyyətsiz idilər.

AzerTimes xəbər verir ki, bu sözləri ingilis politoloq, qafqazşünas Tomas de Vaal “Foreign Affairs” jurnalında dərc edilən həddən artıq təzadlı məqaləsində bildirib.

“Bununla belə, onların 2025-ci ilə qədər davam edən mandatı var idi. Onlar regionda Rusiyanın təsirini proqnozlaşdırmaqla yanaşı, ermənilərdən bəzilərinin Qarabağa qayıtmasına da şərait yarada bilərdilər. Lakin Rusiya regionu tərk etməyi seçməklə Azərbaycana zəfər qazandırdı və Azərbaycan Ordusuna uzun müddətdir “mübahisəli olan ərazi” (Tomas de Vaal Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini “mübahisəli ərazi” adlandırmaqla ciddi qərəz və beynəlxalq hüquqa saymazlıq nümayiş etdirir – red.) üzərində maneəsiz nəzarət əldə etməyə imkan verdi”.

Teqlər: