De-fakto müharibə şəraitindəyik – Peskov

De-fakto müharibə şəraitindəyik – Peskov

De-fakto müharibə şəraitindəyik.

AzerTimes xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov “Kommersant FM”ə müsahibəsində deyib.

O bildirib ki, Ukraynadakı vəziyyət de-yure xüsusi əməliyyat, de-fakto isə müharibədir:

“Xüsusi hərbi əməliyyatın hüquqi statusu dəyişmir. Bununla belə, hazırkı vəziyyət bizim üçün de-fakto müharibədir”.

D.Peskov söyləyib ki, döyüşlər kollektiv Qərbin proseslərə müdaxiləsindən sonra müharibəyə çevrilib:

“Yəni dəyişikliklər hüquqi mənada deyil, mahiyyət etibarilə baş verib”.

Teqlər: