De Byazini işlətdiyi bu söz bitirdi – Məstəliyev

De Byazini işlətdiyi bu söz bitirdi – Məstəliyev

İtaliyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundan çıxarılması doğru, amma gecikmiş qərar idi. Milli komandanın oyununu diqqətlə izləyənlər dəfələrlə bildirib ki, bu adamın Azərbaycan millisinin baş məşqçisi olmağa nə istedadı, nə də peşəkarlığı çatır. Son vaxtlarda da məlum oldu ki, onun buna heç tərbiyəsi də çatmır.

Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Kənan Məstəliyev deyib.

“Bu adam Azərbaycan komandasına heç bir xeyir vermədi. Əksinə, ziyan vurdu, millimizin uğurlarının qarşısını aldı. Bunu da özünün bacarıqsızlığı, strateji və texniki səhvləri ilə “nail” oldu. İdman mediasını yersiz şəkildə təhqir etməsi isə artıq son nöqtə oldu. Bu onun göndərilməsi üçün ən böyük səbəb sayıla bilər. Canni De Byazi Azərbaycana gəlmiş-getmiş ən tərbiyəsiz idman adamı idi. O, Azərbaycanı sevmirdi. Bizə, yığmamıza həmişə yuxarıdan aşağı baxırdı. Onu Azərbaycana gətirilməsinə və müqavilənin iki dəfə uzadılmasına kim cavabdeh olubsa, onlar hamısı istefa verməlidir”, – Məstəliyev bildirib.

Ekspert qeyd edib ki, bundan sonra millidə baş məşqçinin kim olmasının heç bir fərqi yoxdu:

“Tərəfdarıyam ki, yığmamıza yerli mütəxəssislərdən biri baş məşqçi gətirilsin. Çünki Azərbaycanda kifayyət qədər bacarıqlı, peşəkar mütəxəssis var. Onlardan birinin təyin olunması və ona öz strategiyasını ortaya qoymaq üçün vaxt verilməsi daha yaxşı olardı”.

Teqlər: