De Byazi qayıtdıqdan sonra ona müəyyən suallarımız olacaq – Vaqif Sadıqov

De Byazinin futbol millimiz haqqında dediyi sözləri
həqiqətdirsə, buna görə cavabdehlik daşımalıdır.

Bunu AzerTimes-a AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin
sədri Vaqif Sadıqov deyib.

“Baxmayaraq, De Byazi bildirir ki, mən belə sözlər deməmişəm,
tərcümədə səhv olub. Bu səbəbdən də araşdırmaya ehtiyac var.
Həqiqəti yalnız onun özü qayıtdıqdan sonra öz dilindən eşitmək daha
doğru olardı. O, Azərbaycana qayıtdıqdan sonra ona müəyyən
suallarımız olacaq.

Hazırda De Byazi millimizin Malta ilə oyunundan sonra öz
ölkəsinə gedib. Ölkəmizdə çempionat gedir, belə bir vaxtda millinin
məşqçisi mütləq oyunlarda iştirak eləməlidir”, – deyə V.Sadıqov
bildirib.

Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi
İtaliya mətbuatına müsahibə verib. İtalyan mütəxəssis yığmanın
yoldaşlıq oyunlarında Latviya və Maltaya uduzmasından söz açıb.

“Mənim komandamda bir şeylər əskikdir. Bəzilərini düzəltməyə
çalışırıq. Mənə verilən vaxta qədər çalışacam. Burada başqa problem
də var. Bu, xarakterdir. Azərbaycan yığmasında xarakter problemi
var. Hər dəfə uduzursansa, daha az təslim olmalı, xarakter ortaya
qoymalısan. Hələ buna təsir edə bilmirəm. Ruhumu qorxaq bir
komandaya verə bilmirəm”, – deyə o əlavə edib.

Teqlər: