Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit-raund mərhələsində ilk oyununa çıxıb.
AzerTimes-ın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu yığma səfərdə Rumıniya ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:1.
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 20-də Bakıda Niderlandı sınağa çəkəcək.